Bu gün neçə nəfərə peyvənd vurulub?


Digərləri 08 İyl 2021 16:50:00 116 0

Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.