Yay məktəblərində iştirak edən şagirdlərin sayı açıqlandı


Digərləri 08 İyl 2021 16:26:00 141 0

Yay məktəblərində iştirak edən şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb.

Son.az bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir deyib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən "Yay məktəb"ləri ictimaiyyət tərəfindən də müsbət qarşılanıb:

""Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3 136 məktəb, 274 742 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm".