Azərbaycanda məhkumların 98 faizi vaksin olunub RƏSMİ


Digərləri 08 İyl 2021 15:58:00 185 0

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub  RƏSMİ

Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.

Ədliyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, artıq məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

"Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir.

Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir. Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib".