İranda yoluxma halları yenidən artıb


Dünya 08 İyl 2021 15:06:00 120 0

İranda yoluxma halları yenidən artıb

İranda ötən sutka ərzində 136 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 85 397 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 23 391 nəfər koronavirusa yoluxub. Bundan əvvəlki gün isə 17 212 nəfərin virusa yoluxma halı qeydə alınmışdı.

Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 327 526 nəfərə çatıb.

Koronavirusa yoluxma üzrə 120 rayon qırmızı, 182 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.