Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanları artırıldı


Digərləri 08 İyl 2021 15:08:00 123 0

Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanları artırıldı

Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi humanitar fəlakətlə yanaşı, dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi də üzə çıxardı.

Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır.

Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına da böyük zərər vurulmuşdur.

Bərpa və quruculuq işlərinin uğurla yerinə yetirilməsi üçün dövlətin, cəmiyyətin və diasporumuzun səylərininin birləşdirilməsi vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaranan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid platformadır.

Fond işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

İşğaldan azad olunmuş ərazilərin bərpasını dəstəkləmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı bir neçə platformalara əlavə olunub.

İndi ianə etmək istəyən şəxslər ödənişi Hesab.az, AsanPay, Gpp.az ("Hökümət ödəniş portalı") və Portmanat onlayn xidmətlər portallarının həm müvafiq vebsayt, həm Android və İOS mobil tətbiqləri vasitəsilə həyata keçirə bilərlər.

Onlayn ödəniş vebsaytları:

https://hesab.az/unregistered/#/direct-pay/charity/qdf/parameters https://asanpay.az/payments/fond/2005766 https://gpp.az/WebPortal/Infosite/Sc/988000/Category/8 https://portmanat.az/project/withcode/963/qarabag-dircelis-fondu Android tətbiqləri:

https://play.google.com/store/apps/details?id=hesab.az https://play.google.com/store/apps/details?id=www.gpp.az https://play.google.com/store/apps/details?id=az.portmanat.app iOS tətbiqləri:

https://apps.apple.com/us/app/hesab-az/id977080340 https://apps.apple.com/us/app/h%C3%B6kum%C9%99t-%C3%B6d%C9%99ni%C5%9F-portal%C4%B1/id997640011 https://apps.apple.com/az/app/portmanat/id968322136 Qarabağ Dirçəliş Fonduna ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı burada: https://qdf.gov.az/iane-et

/