Məktəb direktorları hesabat verir


Digərləri 07 İyl 2021 15:12:00 147 0

Məktəb direktorları hesabat verir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorlarının 5 illik hesabatları dinlənilir və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunur.

Bu barədə Son.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, dinlənilmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edirlər.

Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edilən məsələlərlə bağlı müvafiq tövsiyələr verilir, direktorları maraqlandıran suallar cavablandırılır və qarşılıqlı fikir mübadiləsi aparılır.