Ermənilərin Ağdamda dağıtdığı evlər tam hazır vəziyyətdə sahiblərinə verilir


Digərləri 07 İyl 2021 15:55:00 179 0

Ermənilərin Ağdamda dağıtdığı evlər tam hazır vəziyyətdə sahiblərinə verilir

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın bombardmanı nəticəsində Ağdamda ümumilikdə 1560 mülki obyektə ziyan dəyib.

Ötən dövr ərzində 20 dağıdılmış fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, 8 evin tikintisi davam edir. Dağıdılmış 5 qeyri-yaşayış obyektinin inşası aparılır. 1000-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Digərlərində isə işlər sürətlə davam edir.

Son.az bildirir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, bu gün Ağdam rayonunun Xındırıstan kəndində tam bərpa edilən yeni və müasir evlər sahiblərinə təhvil verilib.

Kənd sakinləri Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqət və qayğıdan xüsusi məmnunluqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, istər müharibə zamanı, istəsə də sonrakı dövrdə daim dövlətin qayğısını hiss ediblər.