Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu RƏSMİ


Digərləri 07 İyl 2021 15:35:00 152 0

Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu  RƏSMİ

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.