Azərbaycan nefti ucuzlaşıb


Digərləri 07 İyl 2021 11:04:00 124 0

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Son.az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,9% azalaraq 76,08 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (28 iyun - 2 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,43 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,3 dollar və ya 0,4% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) - 77,49 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 75,56 dollar səviyyəsində olub.