İrəvana növbəti zərbə Avropa İnsan Haqları Məhkəməsi


Digərləri 07 İyl 2021 10:21:00 113 0

İrəvana növbəti zərbə  Avropa İnsan Haqları Məhkəməsi

Ermənistanın Avropa İnsan Haqları üzrə Məhkəməsində nümayəndəsi Yegişe Kirakosyan bəyan edib ki, Avropa Məhkəməsi Ermənistanın növbəti müraciətini rədd edib. Söhbət Azərbaycanın erməni diversant hərbçilərlə bağlı məhkəmə araşdırılmasının dayandırılması və məhkəmə işlərinin təqdim olunmasından gedir.

Son.az erməni kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, iddia iyunun 30-da təqdim olunmuşdu. Lakin iyulun 2-də məhkəmə bu tələbi rədd edib. Azərbaycana qarşı şikayət isə 2021-ci il fevralın 1-də verilmişdi.

Kamran Seyidov Son.az