ADIFdə yeni təyinat olub


Digərləri 07 İyl 2021 10:49:00 140 0

ADIFdə yeni təyinat olub

Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.

Fonddan Son.az-a verilən məlumata görə, Azər Əmirov ADIF-in Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

A. Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurub.

O, 2002-ci ilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçib, 2011-2013-cü illərdə əmək fəaliyyətinə "PAŞA Həyat Sığorta" ASC-nin İnsan resursları və hüquq şöbəsinin rəhbəri olaraq davam etdirib. 2013-cü ildən isə fərdi qaydada hüquqşünaslıq işini davam etdirməklə, 2014-2017-ci illərdə "Pozitiv Consulting" MMC-nin direktoru vəzifəsində çalışıb.

 Son.az