Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb


Digərləri 07 İyl 2021 10:29:00 138 0

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Faldar kəndində baş verib.

Hadisə zamanı 67 yaşlı F. Durmuşovun başı tövlədə olan dəmir konstruksiyaya dəyib. Ağır qapalı kəllə-beyin travması alan F. Durmuşov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.