Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək


Dünya 07 İyl 2021 09:57:00 121 0

Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma" sazişini təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.