Tarantino tarixi kinoteatr alıb


Şou-biznes 07 İyl 2021 09:44:00 116 0

Tarantino tarixi kinoteatr alıb

Dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino 1923-cü ildə tikilən "Vista" kinoteatrını alıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  bu barədə rejissor "Variety" nəşrinə açıqlamasında bildirib.

Los-Ancelesdə yerləşən kinoteatrda Tarantino yeni filmləri nümayiş etdirəcək.

Qeyd edək ki, Tarantinonun Nyu-Beverlidə daha bir kinoteatrı var.