Rusiya Azərbaycana uçan hava marşrutların siyahısını genişləndirib


Digərləri 07 İyl 2021 08:21:00 147 0

Rusiya Azərbaycana uçan hava marşrutların siyahısını genişləndirib

Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) Azərbaycan hava limanlarına gedən marşrutların siyahısını genişləndirib.

Trend-in Agentliyə istinadən verdiyi məlumata görə, "Sibir" hava daşıyıcısının Orenburq, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala şəhərlərindən və Moskva yaxınlığındakı Jukovski hava limanından Bakı istiqamətində uçuşlar həyata keçirməsinə icazə verilir. Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Qroznı - Bakı və Soçi - Bakı xətləri üzrə uçuşlar hər gün "İkar" hava yolu şirkəti üçün ayrılıb, "Şevernıy Veter" daşıyıcısı bir marşrutla təmin olunub: Perm - Bakı reysi həftədə yeddi dəfə.

Həmçinin, "IrAero" daşıyıcısı üçün həftədə iki dəfə Nijnekamsk və Novosibirsk marşrutları üzrə uçuşlar ayrılıb. "Royal Flayt" aviaşirkəti üçün Rosaviatsiya həftədə iki dəfə Rostov-na-Donu - Bakı və Soçi - Bakı istiqamətlərində marşrutlar ayırıb.

"Aeroflot" daşıyıcısı üçün həftədə yeddi dəfə bir marşrut ayrılıb: Krasnoyarsk - Bakı və "Ural Hava Yolları"na Rusiyanın 25 şəhərdən (Soçi, Bel1orod, Surqut, Çita, Kaluqa, Saransk, Vladikavkaz, Nalçik, Nijnekamsk, Nijnevartovsk, Ulyanovsk) uçuşlar, Lipetsk, Kemerovo, Orenburq, Tomsk, Vladivostok, Yaroslavl, Xabarovsk, Barnaul, Tümen, Saratov, Krasnodar, Volgograd, Cheboksary və Stavropol) Bakıya - həftədə üç dəfə hər şəhərdən uçuşları həyata keçirilməsinə icazə verilib.

Bakıdan əlavə, Rusiya daşıyıcıları Azərbaycanın Gəncə şəhəri istiqamətində sərnişin daşımalarını həyata keçirəcəklər.

Beləliklə, Rosaviatsiyanın sərəncamına əsasən, "Sibir" Hava Yolları Gəncəyə həftədə üç dəfə Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Mineralnıye Vodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Nijni Novgorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburg, Soçi, Mahaçqala və Jukovski şəhərlərindən uçuşlar həyata keçirəcəkdir.

"İkar" daşıyıcısı Gəncəyə üç uçuş həyata keçiriəcək - Ufa, Mineralnıye Vodı və Rostov-na- Donu şəhərlərindən həftədə yeddi dəfə. "Severnıy veter" aviadaşıyıcısı isə Nijni Novqorod, Rostov, Krasnoyarsk və Mineralnıye Vodı şəhərlərindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.