Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb


Digərləri 07 İyl 2021 08:26:00 123 0

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib.

173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.