Bakıda iki avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 07 İyl 2021 08:16:00 139 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, avtoqəza Sabit Orucov və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Arif Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobil kəsişmədən keçərkən Feyruz Əsədlinin idarəetməsində olan "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində A.Rzayev xəsarət alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.