Dəyərsiz olduğu düşünülən tablo 7 milyon avroya satıldı


Digərləri 07 İyl 2021 06:22:00 125 0

Dəyərsiz olduğu düşünülən tablo 7 milyon avroya satıldı

Fransız rəssam Jean Honore Fragonardın illərdir "əhəmiyyətsiz" olduğu düşünülən bir rəsm əsəri hərracda 7 milyon 680 min avroya satılıb.

Son.az sherq.az-a istinadən xəbər verir ki,  əsər "A Philosopher Reading" (Oxuyan filosof) adlanır.

1732-1806-cı illər arasında yaşayan Fragonard, 18-ci əsrin əhəmiyyətli rəssamlarından biri sayılır. Rəsm əsəri 1768-1770-ci illər arasında çəkilib. Tablo Fransada yaşayan bir ailənin evində olub. Ailə bu günə qədər əsərin dəyəri barədə heç bir məlumata malik olmadığını söyləyib.