Nazirlik sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata aydınılq gətirdi


Digərləri 06 İyl 2021 15:00:00 109 0

Nazirlik sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata aydınılq gətirdi

Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Müdafiə Nazirliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.