Əli Əsədov Rusiyanın səhiyyə nazir ilə görüşüb


Siyasət 06 İyl 2021 14:53:00 142 0

Əli Əsədov Rusiyanın səhiyyə nazir ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.