Hulusi Akar: “Kabil aeroportunda Türkiyənin təhlükəsizliyinin təminatı ilə bağlı qərar yoxdur”


Dünya 06 İyl 2021 14:55:00 170 0

Hulusi Akar: “Kabil aeroportunda Türkiyənin təhlükəsizliyinin təminatı ilə bağlı qərar yoxdur”

"Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının istifadəsi və təhlükəsizliyinin təmini ilə bağlı qərar yoxdur, hazırda danışıqlar davam edir".

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Əfqanıstanı "Asiyanın ürəyi" və əhəmiyyətli bir ölkə olaraq dəyərləndirən nazir deyib ki, Türkiyə ordusu 6 ildir NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir: "Türkiyə Silahlı Qüvvələri hazırda vəzifəsinə Kabil Təlim-Tədris Dəstək Məsləhət Komandanlığı səviyyəsində icrasına davam edir".

Qeyd edək ki, keçən ayın 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə etməklə bağlı Türkiyədə səfərdə olub.