Türk kəndini fəth edən azərbaycanlı qadın


Digərləri 06 İyl 2021 14:46:00 174 0

Türk kəndini fəth edən azərbaycanlı qadın

Adanada (Türkiyə) yaşayan azərbaycanlı qadın Almas Xudaverdiyeva tək yaşadığı kənddə deyil, bütöv vilayətdə məşhurlaşıb.

Son.az türk mediasına istinadən qadının həyat hekayəsini təqdim edir.

Azərbaycanlı qadına əsas şöhrət gətirən odur ki, əvvəllər vərdiş etmədiyi kənd həyatını qısa zamanda mənimsəyərək kəndlilərin rəğbətini qazanıb. Adananın Saimbeyli mahalında 1600 m. yüksəklikdəki Gökmenler məhəlləsində yaşayan 55 yaşlı Məhəmmərd Yazır azərbaycanlı Almasla iki il əvvəl ailə qurub. Həyat yoldaşı ilə birlikdə xoşbəxt bir həyat sürdüklərini, təsərrüfat sahibi olduqlarını bildirib.

"Əvvəl onun üçün çətin idi, amma bacardı" deyib. Soydaşımız isə "dağdan odun gətirirəm, pendir düzəldir, ot doğrayıram. Düzdür, çətindir, çünki belə bir həyat yaşamamışam. Toyuqlara buğda verirdim, it yeyirdi. Köpəklərə süd verirdim, toyuq içirdi. Əvvəlcə qatıb qarışdırırdım. Kənddəki qadınlar "o azərbaycanlı heç nə başa düşmür' deyirdilər, amma indi mənim hazırladığım pendirdən məmnuniyyətlə yeyirlər. Bunu mənim etdiyimə inanmırlar. Evimiz yoxdur, ev almaq istəyirik, dükan açıb Həcc ziyarətinə getmək istəyirik. Belə bir həyat yaşamamaqda çətinlik çəkdim, amma indi bir-birimizə çox dəstək oluruq. Allaha şükür çox xoşbəxtik" -  deyə azərbaycanlı qadın təəssüratlarını bölüşüb.