Bakıda jurnalistin maşınının şüşəsini sındırıb qarət etdilər


Digərləri 06 İyl 2021 13:50:00 98 0

Bakıda jurnalistin maşınının şüşəsini sındırıb qarət etdilər

Bakıda avtomobildən oğurluq edilib.

Son.az xəbər verir ki, naməlum şəxs "Musavat.com"un əməkdaşı İlkin Muradova məxsus "Wolksvagen Passat" markalı avtomobilin şüşəsini sındırıb. Bu barədə İ.Muradov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, hadisə bu gün paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində "Yeni Musavat" qəzetinin ofisinin qarşısında baş verib. Avtomobilin şüşəsini sındıran şəxs daha sonra içərisində sənədlər və bank kartları olan portmanatı oğurlayıb.