Müğənninin oğluna şillə vurdu


Şou-biznes 06 İyl 2021 13:52:00 103 0

Müğənninin oğluna şillə vurdu

Ötən gün müğənni və aktrisa Ayşe Akın iş adamı Tufan Doğanla nişanlanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, mərasimdən sonra nişanlısı və dostları ilə əylənməyə gedən Akın məkanda dostu Mahmut Kırmızıgül ilə qarşılaşıb.

Mahmut Tufan Doğanın yanında Akının yanağını sığallayıb. Nişanlısını masaya apardıqdan sonra əsəblərini cilovlaya bilməyən Doğan Mahmutun yanına qayıdaraq ona şillə vurub. Masada əyləşən Kırmızıgül yerə yıxılıb. Hadisə restoran işçilərinin müdaxiləsi ilə sakitləşdirilib.

Qeyd edək ki, Mahmut Kırmızıgül Mahsum Kırmızıgülün oğludur.