ADIFin risklərin idarə edilməsi departamentinə direktor təyin edilib


Digərləri 06 İyl 2021 14:21:00 151 0

ADIFin risklərin idarə edilməsi departamentinə direktor təyin edilib

Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.

Fonddan Son.az-a verilən məlumata görə, C. Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalor Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

Əlavə olaraq, C. Rayi 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.