Dövlət hər zaman onların yanındadır Şəhid övladlarının “Qaliblər düşərgəsi”ndən


Digərləri 05 İyl 2021 12:52:00 56 0

Dövlət hər zaman onların yanındadır  Şəhid övladlarının “Qaliblər düşərgəsi”ndən

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

Son.az Trend-ə istinadən bildirir ki, "For Azerbaijan" Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan layihə Təhsil Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Sosial Xidmətlər Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Turizm Agentliyi, həmçinin digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində ərsəyə gəlib. Təşkilati-logistik məsələlər üzrə tərəfdaş "Miqrasiya Könüllüsü" İctimai Birliyidir. Düşərgədə Azərbaycan Könüllülər Təşkilatının üzvləri də layihə müddətində iştirakçıları müşayiət edəcəklər.

Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq. Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.

Düşərgənin açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətinə toxunan Təşkilat komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "ForAzerbaijan" Təşkilatının hər bir üzvünə və bütün tərəfdaşlara təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqların hər birimiz üçün əmanət olduğunu, şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Xidmət rəisi dövlət qurumlarının layihədə fəal iştirakını təqdirəlayiq hesab edib.

"For Azerbaijan" Xeyriyyə Təşkilatının qurucu üzvlərindən olan, "Dentos" şirkətinin partnyoru Ülviyyə Zeynalova-Bockin çıxışında Təşkilatın əsas fəaliyyət məqsədlərindən söhbət açıb. Bildirib ki, qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin təhsilinin inkişafına töhfə vermək prioritetlər sırasındadır. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Açılış mərasimində "Qaliblər düşərgəsi"nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov tədbir iştirakçılarına layihənin hazırlıq prosesində görülmüş işlər barədə ətraflı məlumat verib. 76 nəfərlik Düşərgə iştirakçıları üçün nəzərdə tutulmuş təlim, ekskursiya və əyləncə proqramları ilə bağlı təqdimat edib.


Xəbərə aid video

Xalq artistinin ailəsində TOY OLDU like
  • 05 İyl 12:49  
Şou-biznes Xalq artistinin ailəsində TOY OLDU

Xalq artisti Ofeliya Sənaninin nəvəsi Günayın toyu olub.

arrow Ətraflı
Məşhurdan can alan like
  • 05 İyl 12:44  
Şou-biznes Məşhurdan can alan

Müğənni Nikole Şkerzinger çimərlik paltarında palyaşdığı fotolar ilə

arrow Ətraflı
Qumralın bu videosu tənqid olundu like
  • 05 İyl 12:39  
Şou-biznes Qumralın bu videosu tənqid olundu

Müğənni Təranə Qumralın qızı Qumral sosial media hesabındakı paylaşı

arrow Ətraflı
Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur like
  • 05 İyl 12:34  
Digərləri Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur

Bəli, şəhidlər unudulmur! Torpaqlarımızın azadlığı uğrunda canından

arrow Ətraflı
Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək like
  • 05 İyl 12:32  
Digərləri Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək

Dənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiq

arrow Ətraflı
Xəzərdə palçıq vulkanları çoxdur like
  • 05 İyl 12:30  
Digərləri Xəzərdə palçıq vulkanları çoxdur

Xəzərdə palçıq vulkanları çoxdur.

arrow Ətraflı
Ağadadaş Ağayevin himayəsinə götürdüyü uşaq like
  • 05 İyl 12:29  
Şou-biznes Ağadadaş Ağayevin himayəsinə götürdüyü uşaq

Xalq artisti Ağadadaş Ağayev "Ümid yeri" uşaq sığınacağına y

arrow Ətraflı
Polkovnikin "Zəfər ordeni" ailəsinə təqdim edilib like
  • 05 İyl 12:24  
Digərləri Polkovnikin "Zəfər ordeni" ailəsinə təqdim edilib

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin ölümündən

arrow Ətraflı
Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib like
  • 05 İyl 12:23  
Digərləri Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib

Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib.

arrow Ətraflı
Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib like
  • 05 İyl 12:22  
Digərləri Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib

Daşlı adada vulkan püskürməsinin davamlılığı 8 dəqiqə davam edib, alo

arrow Ətraflı
76 şəhid övladı bir araya gəldi like
  • 05 İyl 12:21  
Digərləri 76 şəhid övladı bir araya gəldi

Bakıda şəhid övladları üçün "Qaliblər düşərgəsi" fəaliyy

arrow Ətraflı
Dağlıq ərazilərdə biçin like
  • 05 İyl 12:19  
Digərləri Dağlıq ərazilərdə biçin

Ölkə üzrə taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb

arrow Ətraflı
Hərbi səbəblərlə əlaqədar daha 9 nəfərin əlilliyi ləğv edildi like
  • 05 İyl 12:16  
Digərləri Hərbi səbəblərlə əlaqədar daha 9 nəfərin əlilliyi ləğv edildi

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılma

arrow Ətraflı
Almaniyada Azərbaycan vətəndaşı öldürülüb like
  • 05 İyl 12:09  
Digərləri Almaniyada Azərbaycan vətəndaşı öldürülüb

Almaniyada Azərbaycan vətəndaşı qətlə yetirilib.

arrow Ətraflı
Gizlicə evləndilər like
  • 05 İyl 12:04  
Şou-biznes Gizlicə evləndilər

51 yaşlı amerikalı müğənni Qven Stefani ilə 45 yaşlı Bleyk Şelton gizl

arrow Ətraflı