Qarabağ atlarının füsünkar gözəlliyi, Azərbaycan milli müsiqisi və rəqsləri britaniyalıları heyran edib


Kriminal 05 İyl 2021 12:57:00 79 0

Qarabağ atlarının füsünkar gözəlliyi, Azərbaycan milli müsiqisi və rəqsləri britaniyalıları heyran edib

Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənə­nəvi "Royal Windsor Horse Show" - "Vindzor Kral Atçılıq Şousu" başa çat­mışdır.

Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azər­baycan Respub­lika­­sının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olmuşdur.

II Eliza­betin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül" adlı xüsusi şou-kompo­zisiya hər gün təqdim olunmuşdur.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhid­lərimizin mü­qəd­dəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma­yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyi­mində arenaya çıxan "Sərhədçi" rəqs ansamb­lının möhtəşəm çıxışları, süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırmışdır.

Məşhur "Xudayar təsnifi"nin, Tofiq Quliyevin "Qaytağı"sının, Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin müsiqisi­nin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekran­larda nümayiş etdirilən füsün­kar görün­tüləri ilə müşayiət olunmuşdur.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və  Azərbaycan Res­pub­li­kası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrə­manlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunmuşdur.

"Xarı-Bülbül" şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləş­miş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüş­müş, xatirə fotoşəkili çəkdirmiş, Azərbaycan təmsilçilərinin çıxı­şını möh­təşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalma­sını bil­dirərək Azər­baycan nümayəndələrinin gələcək atçılıq tədbir­lərinə də qatı­lacaqlarına ümidvar olduğunu vurğulamışdır.

Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbay­can musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi  Bö­yük Britaniya aristokratiyasının və məşhurlarının da böyük mara­ğı­na sə­bəb olmuş, keçirdikləri pozitiv həyacan hisslərinə görə Azərbay­can nümayəndə heyətinə minnətdarlıq­larını bildirmişlər.

Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilmiş, atçılıq hə­vəskarı olan sosial şəbəkə istifa­dəçilərinin və ixti­saslaşmış infor­ma­siya resurslarının mövzusuna çevrilmişdir. Süvarilə­rimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəman­ları olan Qara­bağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılmış, heyətimizin təqdim etdiyi proqramı möhtəşəm və heyranedici adlandır­mışlar.     

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbay­canın qədim­liyini, özünə­məxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçı­lığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanmışdır.

Bütün bunlar Azərbaycan Respublika­sının Prezi­den­ti cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cins­lərimizin dünyada daha da məş­hur­laş­dırılması istiqamətində həyata keçirilən böyük miq­yaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olmuş, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini vermişdir.

Baş vermiş vulkan güclü zəlzələ ocaqlarını oyadıb? like
  • 05 İyl 12:55  
Digərləri Baş vermiş vulkan güclü zəlzələ ocaqlarını oyadıb?

Baş vermiş vulkan güclü zəlzələ ocaqlarını oyatmayıb.

arrow Ətraflı
Azərbaycanın qeyrineft ixracı 27 % artıb like
  • 05 İyl 12:54  
Digərləri Azərbaycanın qeyrineft ixracı 27 % artıb

2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4

arrow Ətraflı
XudafərinQubadlıLaçın avtomobil yolunda işlər nə yerdədir? like
  • 05 İyl 12:53  
Digərləri XudafərinQubadlıLaçın avtomobil yolunda işlər nə yerdədir?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tap

arrow Ətraflı
Dövlət hər zaman onların yanındadır  Şəhid övladlarının “Qaliblər düşərgəsi”ndən like
  • 05 İyl 12:52  
Digərləri Dövlət hər zaman onların yanındadır Şəhid övladlarının “Qaliblər düşərgəsi”ndən

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsə

arrow Ətraflı
Xalq artistinin ailəsində TOY OLDU like
  • 05 İyl 12:49  
Şou-biznes Xalq artistinin ailəsində TOY OLDU

Xalq artisti Ofeliya Sənaninin nəvəsi Günayın toyu olub.

arrow Ətraflı
Məşhurdan can alan like
  • 05 İyl 12:44  
Şou-biznes Məşhurdan can alan

Müğənni Nikole Şkerzinger çimərlik paltarında palyaşdığı fotolar ilə

arrow Ətraflı
Qumralın bu videosu tənqid olundu like
  • 05 İyl 12:39  
Şou-biznes Qumralın bu videosu tənqid olundu

Müğənni Təranə Qumralın qızı Qumral sosial media hesabındakı paylaşı

arrow Ətraflı
Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur like
  • 05 İyl 12:34  
Digərləri Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur

Bəli, şəhidlər unudulmur! Torpaqlarımızın azadlığı uğrunda canından

arrow Ətraflı
Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək like
  • 05 İyl 12:32  
Digərləri Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək

Dənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiq

arrow Ətraflı
Xəzərdə palçıq vulkanları çoxdur like
  • 05 İyl 12:30  
Digərləri Xəzərdə palçıq vulkanları çoxdur

Xəzərdə palçıq vulkanları çoxdur.

arrow Ətraflı
Ağadadaş Ağayevin himayəsinə götürdüyü uşaq like
  • 05 İyl 12:29  
Şou-biznes Ağadadaş Ağayevin himayəsinə götürdüyü uşaq

Xalq artisti Ağadadaş Ağayev "Ümid yeri" uşaq sığınacağına y

arrow Ətraflı
Polkovnikin "Zəfər ordeni" ailəsinə təqdim edilib like
  • 05 İyl 12:24  
Digərləri Polkovnikin "Zəfər ordeni" ailəsinə təqdim edilib

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin ölümündən

arrow Ətraflı
Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib like
  • 05 İyl 12:23  
Digərləri Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib

Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib.

arrow Ətraflı
Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib like
  • 05 İyl 12:22  
Digərləri Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib

Daşlı adada vulkan püskürməsinin davamlılığı 8 dəqiqə davam edib, alo

arrow Ətraflı
76 şəhid övladı bir araya gəldi like
  • 05 İyl 12:21  
Digərləri 76 şəhid övladı bir araya gəldi

Bakıda şəhid övladları üçün "Qaliblər düşərgəsi" fəaliyy

arrow Ətraflı