Qonşu dövlət yenidən qapanmaya getdi


Digərləri 05 İyl 2021 11:34:00 148 0

Qonşu dövlət yenidən qapanmaya getdi

İran hakimiyyəti delta ştammıyla əlaqədar ölkədə yenidən bir sıra məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Assoşeyted Press" agentliyi yayıb.

Məhdudiyyətlər 275 şəhərdə tətbiq edilməyə başlanıb. Bu şəhərlərdə parklar, restoranlar, konditer evləri, gözəllik salonları, ticarət mərkəzləri, kitab mağazaları qapadılıb. Bundan əlavə şəhərlərarası hərəkətə də məhdudiyyət qoyulub.