Çilidə 5,8, Meksikada 5,6 maqnitudalı zəlzələ olub


Dünya 04 İyl 2021 17:30:00 152 0

Çilidə 5,8, Meksikada 5,6 maqnitudalı zəlzələ olub

Çili və Meksikada zəlzələ olub.

Çili Milli Seysmoloji Mərkəzi ölkədə 5,8 maqnitudalı zəlzələ olduğu barədə məlumat yayıb.

Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə Meksika sahillərində 5,6 maqnitudalı zəlzələ olduğunu açıqlayıb.

Zəlzələlərdən sonra dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.