Peyvəndləri qarışdırmaq olar?


Digərləri 04 İyl 2021 16:22:00 188 0

Peyvəndləri qarışdırmaq olar?

Koronavirusa qarşı peyvəndlərin qarışdırılmasının müsbət nəticə verdiyi məlum olub.

Son.az oxu.az-a istinadən bildirir ki, Böyük Britaniyada aparılan araşdırma nəticəsində alimlər bu qənaətə gəliblər.

50 yaş və ondan böyük 850 könüllüyə 4 həftə məsafə ilə fərqli peyvənd vurulub. Araşdırma nəticəsində birinci və ikinci dozanın fərqli peyvəndlərdən tətbiq olunmasının virusa qarşı daha təsirli müdafiə təşkil etməsi aydınlaşıb.

"AstraZeneca" ve "Pfizer/BioNTech" peyvəndlərinin birlikdə test edildiyi araşdırmada bütün kombinasiyaların yaxşı işlədiyi, peyvəndlərin immunitet sistemini aktivləşdirdiyi və daha çox anticism istehsal etdiyi bildirilib.

Mütəxəssislər vurğulayır ki, araşdırma peyvəndlərin tətbiqi üçün rahatlıq təmin edə biləcək.

Son.az