Krediti ödəyə bilməyənlərə ŞAD XƏBƏR


Digərləri 04 İyl 2021 16:07:00 164 0

Krediti ödəyə bilməyənlərə ŞAD XƏBƏR

Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyyə müddətini bu il oktyabrın 1-dək uzadıb.

Son.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

"Bu o deməkdir ki, Mərkəzi Bankın tövsiyyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları "qara siyahı" adlandırılan siyahıya daxil edilməməlidir", - o bildirib.