Psixologiyanız sağlamdır?


Digərləri 04 İyl 2021 16:00:00 176 0

Psixologiyanız sağlamdır?

Hər birimiz həmişə nəinki özümüzün, hətta ətrafımızda olan insanların da psixoloji cəhətdən sağlam olub-olmadığını  düşünmüşük. Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır: "Sağlam ruh necə olur?" 

Amma bu suala konkret cavab yoxdur."Anormalı" haqqında saatlarla mühazirə oxuya biləcəyimiz halda, "normalı" necə olur" sualına cavab tapmaqda həmişə aciz olmuşuq.

Son.az xəbər verir ki, psixoloq Fuad Əsədov bu barədə yazı hazırlayıb. Onun fikrincə, sağlam psixologiyalı olmaq üçün hər kəs aşağıdakı 13 qaydanı öyrənməlidir. Əgər sadaladıqlarımız sizdə varsa, təbriklər! Deməli, siz sağlam psixologiyalı insansız.

1. Şəxsi və ictimai maraq. Sağlam psixologiyalı insanlar öz maraqlarını həyata keçirərkən, başqalarına da zərər verməməyə çalışırlar.

2. Öz-özünə kifayət etmək. Sosiallaşmaq yaxşıdır, amma həyatınızın məsuliyyətinin hiss etmək daha yaxşıdır. Başqalarından dəstək, diqqət və sevgi gözləmək insanları sıxıntıya salır.

3. Anlayış. Sağlam düşüncəli insanlar özlərinə və digər insanlara səhv etmək haqqı verir.

4. Qərəzsizlik. Sağlam psixologiya mütləq və konservativ dəyərləndirməni rədd edir. Konkret olaraq mütləq doğru və yanlış anlayışları yoxdur. Dəyişməz qaydalar insanın həyatını çətinləşdirir.

5. Qeyri-müəyyənliyin qəbulu. Dünyamız dəyişkəndir. Çox şeydən əmin ola bilmirik. Qeyri-müəyyən şeylərlə savaşmaq yox, onları qəbul etmək lazımdır.

6. Hobbilər. Sağlam psixologiyalı insanların kitab oxumaq, musiqi dinləmək, idman etmək, dostlarla əylənmək kimi hobbiləri olur.

7. Özünü qəbul etmək. Sağlam insanlar özlərini sınamaq və qınamaq yerinə, özlərini səhvləri və düzləri ilə qəbul edirlər.