Yumurta qabığı diş həkimlərinin köməyinə çatdı


Digərləri 04 İyl 2021 15:15:00 146 0

Yumurta qabığı diş həkimlərinin köməyinə çatdı

Alimlər yumurta qabığının əsasında diş plombları üçün yapışdırıcı hazırlayıblar. O, həqiqi diş toxumasının strukturunu və xüsusiyyətlərini, demək olar, ideal şəkildə təkrarlayır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti yazıb.

Yeni yapışqanın hazırlanmasını təsvir edən məqalə "International Journal of Molecular Sciences"də dərc olunub.

Alimlər ən çətin materiallardan birini - dişlərin mineral toxuması olan dentini almağa çalışıblar. O, apatit biomineralının dənəciklərindən, kollagen zülal liflərindən və kariyesin inkişafı və ya dişlərdə mexaniki travma zamanı məhv olan və ya zədələnən bir sıra digər komponentlərdən ibarətdir. Dentindəki zədələrin düzəldilməsi üçün plomblarda istifadə olunan materiallar diş toxumasından xeyli dərəcədə fərqlənir. Buna görə də onlar dentinlə yaxşı birləşmirlər və nəticədə plomblar tez-tez düşür.

Voronej Dövlət Universitetində dentinin quruluşunu süni şəkildə yaratmağa və tərkibcə ona maksimum yaxın olan yapışqan hazırlamağa çalışıblar. Bunun üçün fiziklər infraqırmızı mikroskopiya və rentgen şüalanmasının sinxrotron mənbəyindən istifadə edərək diş toxumasının quruluşunu araşdırıblar və dentinin kompüter modelini yaradıblar.