Televiziyaya çox baxmaq təhlükəlidir


Digərləri 04 İyl 2021 14:45:00 148 0

Televiziyaya çox baxmaq təhlükəlidir

Amerikalı alimlər müntəzəm televiziya baxışının gözlənilməz mənfi nəticəsini açıqlayıblar.

Son.az Lent.az-a istinadla bildirir ki, alimlərin sözlərinə görə, belə bir əyləncəni sevmək sinir sisteminin mərkəzi orqanına mənfi təsir göstərir.

Beləliklə, beynin boz maddəsinin həcmi azalır, bu da idrak qabiliyyətinin itirilməsinə səbəb olur.

Bunu Alabama Universitetinin Kolumbiya Universitetindəki həmkarları ilə birgə araşdırma aparan əməkdaşları izləyiblər.

Elmi iş çərçivəsində mütəxəssislər 50-70 yaşlı könüllülərin beyninin quruluşunu araşdırıblar.