Yeni Yasamalda gənc qız binadan yıxıldı


Digərləri 04 İyl 2021 14:18:00 170 0

Yeni Yasamalda gənc qız binadan yıxıldı

Yeni Yasamal yaşayış massivində hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən gənc qız paltar asarkən tarazlığını itirərək yıxılıb.

Son.az bildirir ki, bu barədə Axar.az-a bina sakinləri məlumat verib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.