Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün...


Digərləri 04 İyl 2021 13:15:00 202 0

Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün...

Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün müxtəlif pəhriz saxlamağa başlayırlar.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, pəhriz və idmanla yanaşı bu meyvələri yemək piylərin tez əriməsinə kömək olacaq.

Yayda sizləri arıqladacaq 11 meyvənin siyahısını təqdim edirik:

Çiyələk - həm C vitamini ilə zəngindir, həm də sellülitləri yox edir.

Gilas - 20 ədəd gilas bir aspirini əvəzləyir. Tərkibindəki E və C vitaminləri piylərin əriməsinə, sağlam arıqlamağa kömək olur.

Şaftalı - Metobolizmi gücləndirir, həzmi yaxşılaşdırır. Tərkibi C, A və B3 vitamini ilə zəngindir.

Alma - arıqlamaq üçün yaşıl alma ən gözəl vasitədir. Tərkibindəki vitaminlər piyləri əridir.

Ərik - Tərkibindəki vitaminlər və minerallar yağları əridir. Bu meyvə həm də sellülit yaranmasının qarşısını alır.

Əncir - Tərkibindəki şəkər insanı tox tutar, iştahı kəsər.