"Elza" rəhm etmir: 3 nəfər öldü,


Dünya 04 İyl 2021 10:31:00 114 0

"Elza" rəhm etmir: 3 nəfər öldü,

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis ştatın 67 dairəsindən 15-də "Elza" tropik fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Son.az xəbər verir ki, bu barədə qubernatorun saytında dərc edilən bəyanatda deyilir.

Məlumata əsasən, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi yerli hakimiyyət orqanlarına bəzi əlavə vəsaitləri əldə etməyə və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında daha çox mənbədən istifadə etməyə imkan verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və ya bərpa işlərinə cəlb olunmasını mümkün edir.

"Elza" tropik fırtınası bu həftənin əvvəlində Atlantik okeanında formalaşıb. Gələn həftənin əvvəllərində fırtınanın Florida sahillərinə yaxınlaşması gözlənilir.

Haiti və Dominikan Respublikasının cənub sahilləridə baş verən tropik "Elza" fırtınası Karib regionunda ən az 3 nəfərin ölümünə səbəb olub.

Fövqəladə Halların İdarəetməsi üzrə Karib Agentliyinin məlumatına əsasən, bir ölüm hadisəsi Sent-Lyusiyada qeydə alınıb. Dominikan Respublikasında 15 yaşlı yeniyetmə və 75 yaşlı qadın uçan divarlar altında qalaraq həlak olub.

Sinoptiklərin proqnozlarına görə, daha sonra "Elza" fırtınası Kubada, daha sonra Florida ştatında Amerika sahillərində olacaq.