Saçlara qulluq haqqında


Digərləri 03 İyl 2021 08:01:00 117 0

Saçlara qulluq haqqında

Saçlar gözəlliyi vurğulayan, zəruri olduqda isə qüsurları gizlədən bir "çərçivədir". Buna görə də, saçlara gündəlik diqqət və qayğı lazımdır. Saçların vəziyyəti çox zaman əhval-ruhiyyədən də asılıdır. Saçların zəifləməsi xüsusən yaz mövsümündə - orqanizmin yorğun və vitamin çatışmazlığı zamanı baş verir. Bu zaman onlara qulluq iki dəfə artıq lazım gəlir. Əgər siz tətil vaxtınızda saçlarınızı günəşdən qorumusunuzsa, o zaman saçlarınız yumşaq və parlaq olacaq, hətta rahat yığılacaq. Amma bu o demək deyil ki, onlara artıq qulluq etmək lazım deyil. Saçlara qulluq edilən zaman ilk öncə saç tipini müəyyən etmək lazımdır, əks halda doğru seçilməyən qulluq növü saçların zədələnməsi üçün bir riskdir. Saçları bir neçə növə ayırırlar: normal, quru, yağlı və qarışıq. Normal saç tipi - günəş altında parıltılı effektə malikdir. Əgər sizin saçlarınız elastikdirsə, ucları haçalanmırsa, rahatlıqla daranıb yığılırsa, canlı görünürsə və bütün bu keyfiyyətlər saçınızı yuduqdan bir neçə gün sonra olduğu kimi qalırsa, deməli siz düzgün qulluq növü seçmisiniz, bu səbəbdən də saçınız sağlamdır. MÜXTƏLİF SAÇLARIN XÜSUSİYYƏTLƏRİ Təəssüfki problemsiz saçlarla çox nadir hallarda rastlaşmaq olar. Yağlı saçlar-sönük görünüşə malikdir, yuduqdan bir neçə gün sonra səliqəsiz və çirkli görünməyə başlayır. Buna səbəb baş dərisinin yağlı olmasıdır. Bu yağlılıq qəbul olunan qidalardan və qidaların tərkibindəki karbohidratlardan (ilk növbədə) asılıdır. Quru saçlar-parıltısız və sönük olur. Asanlıqla qırıla bilir, çətinliklə daranır, tez dolaşır və haçalanır. Quru saçlar düzgün olmayan qulluq nəticəsində belə olur, bəzi hallarda baş dərisində yağlılıq olmadığı üçün quruluq yaranır. Qarışıq tip saçlar-adətən diblərdən yağlı, uclardan quru olan uzun saçlardır. Bu da onun nəticəsidir ki, onlar uzunluğu boyu kifayət qədər yağlanmır. Belə saçların ucları lazımi yağlılığı almadığı üçün çox vaxt haçalanır. Bu tip saçlara xüsusi vasitələrlə qulluq və pəhriz lazımdır.

SAÇLARA QULLUQ Saçlara düzgün qulluq edilməsinə nə lazımdır? Gigiyenik və kosmetik baxımdan saçların yuyulması mühüm rol oynayır. Saçların yuyulması-hər gün olmaqla yanaşı 8-10 gündən birdə yumaq olar. Qayda sadəcə belədir: zəruri olduğu halda yuyulmalıdır. Gündəlik saç lakı, mus, gel kimi vasitələr istifadə edənlər hər gün saçlarına yumalıdır, çünki adı sadalanan məhsullar saçlara zərər verərək keyfiyyətini azaldır. Gündəlik yuyulma üçün yumşaq tərkibli şampunlar seçilməlidir.

XƏBƏDARLIQLAR Saçları hədsiz isti və ya soyuq su ilə yumaq olmaz: suyun optimal dərəcəsi 35-45°C olmalıdır. Saçlar yağlı olduqca, suyun temperaturu soyuq olmalıdır. Bundan əlavə şampunu quru saçlara vurmaq məsləhət deyil, əvvəlcə saçları yaxşı islatmaq, sonra ovuca şampun toküb köpük halına gətirmək, bundan sonra səliqəli və yavaş-yavaş baş dərisini yumaq lazımdır. Saçları ən az iki dəfə köpükləyib yumaq tövsiyə edilir. Belə ki, ilk yumada sadəcə çirk və yağlılığın müəyyən hissəsi yuyulur, ikinci yuyulmada isə şampunun müalicə effekti təsir edir. Saçları yuduqdan sonra yaxşıca yaxalamaq önəmlidir ki, onların səthində hər hansısa yuyucu vasitələrin elementləri qalmasın.

DARAMA Belə hesab edilir ki, saçları yumadan öncə daramaq, onların yuduqdan sonra daranmasını asanlaşdırır. Gödək saçları köklərdən, uzun saçları isə uclardan yuxarıya doğru yavaş-yavaş daramaq lazımdır. Yaş saçları daramaq məsləhət görülmür, lakin zəruri halda metal daraqlardan deyil, plastik və ya taxtadan hazırlanmış daraqlardan istifadə daha münasibdir. Saçlar üçün ən yaxşı quruma növü təbii qurutmadır, bundan başqa isti dəsmal ilə də qurutmaq olar. Fenlərdən tez-tez istifadə etmək saçlara ziyanlıdır, ancaq isifadə etmək mütləq olduğu halda saçlardan 40 sm aralı tutmaqla etmək olar.

SAÇ YUMAQ ÜÇÜN VASİTƏLƏR İndi isə əsas - saç yuma vasitələrinin seçilməsi haqqında. İlk öncə qeyd etmək lazımdır ki, saç yuma vasitəsi kimi sabunu seçmək məsləhətli deyil. Çünki sabun saç dibindəki dərini və saçın özündəki qoruyucu təbəqəni məhv edir. Belə yumadan sonra saçlar daha quru, cansız və solğun görünür, hətta daramaq da çətinləşir. Saçlara bu tip zərər verməmək üçün daha yumşaq tərkibli şampunlar seçmək və istifadə etmək lazımdır. Onların verdiyi yumşaqlıq effekti sabundan daha güclü olacaq.

ŞAMPUNLAR Şampun seçimi zamanı sadə bir prinsipə riayət etmək lazımdır - "saç tipinizə uyğun şampunu seçin". Almaq istədiyiniz şampunun qablaşdırmasının üzərini mütləq oxuyun, beləcə saçınızın tipinə aid olub-olmamasını biləcəksiniz. Şampunun müsbət nəticəsi - təmiz görünən saçlar, yağlılığın olmaması, quruduqdan sonra rahat daranma və parıltının itməməsi, qıcıqlanma təsirinin olmaması. Saç tipinə uyğun olmayan şampunları çox zaman ilk yumadan bilmək mümkündür. Əks effektlər yaradaraq saçları korlayır. Təsdiq olunub ki, şampunları tez-tez dəyişmək lazımdır - mif: şampunları o zaman dəyişmək olar ki, artıq saçlarda hər hansısa xoşagəlməz problemlər yaranmağa başlayıb.

KONDİSİONER (BALZAM) VƏ SAÇ KREMLƏRİ Şampun istifadəsindəm sonra kondisioner (balzam) istigadə etmək tövsiyə olunur. O, bir neçə funksiyanı həyata keçirir: saçların rahat qurumasını və asan daranmasına yardımçı olur, elastiklik verir. Daha yaxşı olar ki, eyni markadan olan şampun və kondisioner seçilsin, çünki onların tərkibi bir-birinə uyğun hazırlanmışdır. Belə olduğu halda kondisionerin maksimal effektivliyi şampunun effektini də tamamlayır. Ayrı-ayrı markalardan seçildikdə isə çox zaman saçlara fayda vermir və hətta allergik reaksialarda yarada bilər. 2-si 1-də olan kondisioner-şampun vasitəsi ilə qarşılaşdığımız az olmayıb, lakin onların hərəsinin ayrı-ayrılıqda istifadəsi daha effektlidir.

MASKALAR Saçların daha dərin, güclü effekti üçün müxtəlif müalicəvi maskalardan istifadə olunur. Belə maskalar həftədə 1-2 dəfə olmaqla saçlarda 15-20 dəqiqə ərzində saxlanılır. Yadda saxlamaq lazımdır ki, saçlara qulluq da bədənin digər hissələrinə qulluq kimi önəmli və həyati bir fəaliyyətdir. Ümid etmək lazım deyil ki, saçlara 1-2 ay baxdıqdan sonra onlara yenidən qulluq etmək vacib deyil və ya onlar ömürlük sağlam qalacaqlar. Saçlarınıza qulluq etməkdən yorulmayın və saçlarınızı sevin!