MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildi


Digərləri 03 İyl 2021 08:48:00 167 0

MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

Son.az-a Təhsil Nazirliyindən verilən məlumata görə,iyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib.