Bakıda "BMW" "Range Rover"ə çırpılıb,


Digərləri 03 İyl 2021 08:23:00 167 0

Bakıda "BMW" "Range Rover"ə çırpılıb,

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "Range Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn yol polisi əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Hadisənin səbəbləri öyrənilir.