Kanadada bir ailənin yeddi üzvü yanaraq ölüb


Dünya 03 İyl 2021 08:18:00 132 0

Kanadada bir ailənin yeddi üzvü yanaraq ölüb

Kanadanın qərbindəki Alberta vilayətində yerləşən fərdi evdə baş verən yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, yanğın Kalqari şəhərindən 16 kilometr aralıda yerləşən Çestermer şəhərində qeydə alınıb.

Qeyd olunub ki, evdə iki müsəlman ailə yaşayırmış. Ölənlər bir ailənin üzvü olub. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.