600dən çox şəhid ailəsi üzvü və qazi üçün kiçik təsərrüfat yaradılıb


Digərləri 02 İyl 2021 18:54:00 197 0

600dən çox şəhid ailəsi üzvü və qazi üçün kiçik təsərrüfat yaradılıb

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

​​​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslərə kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi prosesi davam edir.