Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb


Siyasət 02 İyl 2021 16:56:00 112 0

Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.