Azərbaycanda UTANVERİCİ OLAY


Digərləri 02 İyl 2021 17:11:00 122 0

Azərbaycanda UTANVERİCİ OLAY

Bu oxuyacağınız xəbərin təsirindən bəlkə də çoxlarınız uzun müddət çıxa bilməyəcəksiniz. Hər şey sosial şəbəkədə qarşımıza çıxan bir səhifədən başladı. Şam satışı ilə məşğul olan səhifəyə daxil olduğumuzda qarşılaşdığımız mənzərə sözün həqiqi mənasında bizi şok etdi. 

Son.az xəbər verir ki, burada müxtəlif formada hazırlanmış şamların "sevgi şamları", "ruzi şamları", "qismət açmaq üçün şamlar", "təmizlik şamları", "uğur və karyera şamları", "uzaqlaşdırma şamları", "dil-ağız bağlama şamları", övlad arzusunda olanlar üçün "övlad diləyi" şamları adı altında kateqoriyalara bölərək yüksək məbləğdə insanlara təklif edildiyinin şahidi olmaq mümkündür.

Bu şəxslərin fırıldaq əməli heç şübhəsiz ki, hələ də təəssüf ki, qazandıqları 5-10 manatı da falçı qapılarında qoyan cahil insanlar üçün əsl göydən düşmə görünə bilər. Görünür, o insanların cahilliyindən istifadə edən bu cür işbazlar şam bizneslərini inkişaf etdirmək məqsədi ilə falçı yanına getmədən "öz taleyini özün istədiyin kimi həll et" təklifi edərək, bazarı ələ amaq haqda çox düşünüblər.