Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsilib


Kriminal 02 İyl 2021 17:12:00 159 0

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsilib

Bu gün "Azərxalça"nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

"Azərxalça"dan Son.az-a verilən məlumata görə, Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün "Azərxalça"nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.