Sərhədçilərimiz Londonda möhtəşəm şou göstərdi VİDEO FOTO


Digərləri 02 İyl 2021 16:40:00 145 0

Sərhədçilərimiz Londonda möhtəşəm şou göstərdi  VİDEO  FOTO

Dövlət Sərhəd Xidmətinin "Süvarilər dəstəsinin təqdimatında Qarabağ atları "Royal Windsor Horse Show" adlı tədbirdə nümayiş etdirilib.

Tədbirdə iştirak Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə baş tutub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə "Xarı Bül-bül" adı ilə təqdim olunan xüsusi proqram da yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın əməkdar artisti Nicat Kazımovun rejissorluğunu üstləndiyi proqramda Qarabağ atlarının belində möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 14 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi rəqs ansamblı və alov püskürən qrup iştirak ediblər.

Qeyd edək ki, artıq 78 ildir təşkil olunan "Royal Windsor Horse Show atçılıq tədbirinin ayrılmaz hissəsinə çevrilən Azərbaycan musiqisi, milli rəqsimiz və xüsusilə də milli cinsimiz olan Qarabağ atları Böyük Britaniyalılar tərəfindən hər zaman olduğu kimi böyük rəğbətlə qarşılanır. 

4 İyul tarixinə qədər davam edəcək tədbirlərdə Azərbaycan iştirakçılarının ümumilikdə 4 çıxışı nəzərdə tutulub.