Bizə dedilər ki, sizin Qarabağda nə işiniz var Ərdoğan


Siyasət 02 İyl 2021 16:30:00 156 0

Bizə dedilər ki, sizin Qarabağda nə işiniz var  Ərdoğan

Bizə dedilər ki, sizin Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakarya şəhərində tank fabrikində çıxışı zamanı deyib.

O bildirib ki, bu sualı verənlər dünyadan xəbərsizdir:

"Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var? Bunu bizə deyənlərin ya dünyadan xəbərləri yoxdur, ya da düşmənin qılıncını çəkirlər. Biz buralarda həmişə olmuşuq, bundan sonra da mövcudluğumuzu davam etdirəcəyik".