Payıza qədər vaksinasiya prosesini yekunlaşdırmağı hədəfləyirik TƏBİB sədri


Digərləri 02 İyl 2021 15:22:00 101 0

Payıza qədər vaksinasiya prosesini yekunlaşdırmağı hədəfləyirik  TƏBİB sədri

Ölkədə vaksinasiya prosesi uğurla icra edilir. Gündəlik 80 min dozadan artıq vaksin vururuq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Bildirib ki, yaxın müddətdə vaksinasiya məntəqələrinin əhatə dairəsini genişləndirərək, günlük doza sayını 100 minin üzərinə çıxarmaq hədəflənir:

"Bunun üçün bütün qurumlarımız koordinasiyalı şəkildə çalışır. Hazırda ölkədə 4 növ vaksin var: Çinin "Sinovac" şirkətinin məhsulu olan Coronovac-İnaktiv, COVAX çərçivəsində ölkəmizə gətirilənən Pfizer-BioNTech və AstraZeneca, bir də digər vektor əsaslı vaksin olan Sputnik V vaksini. Bu gün Azərbaycan bəlkə nadir ölkələrdəndir ki, 4 növ vaksin vətəndaşlarımız üçün əlçatandır. Ölkədə 3 milyon 500 min dozadan artıq vaksin vurulub. Bu, sürətlə 4 milyon dozaya yaxınlaşır. Hazırda vaksinasiya prosesi 18 yaşdan yuxarı vətəndaşlarımız arasında aparılır. Əsas hədəfimiz bu prosesi payız mövsümünə qədər yekunlaşdırmaqdır".

R.Bayramlı bildirib ki, vaksinlər pandemiyanın qarşısını almağın ən radikal və ən doğru yoludur: