Bu ölkə yalnız sıfır emissiya avtomobillərin satışına icazə veriləcək


Dünya 02 İyl 2021 00:40:00 152 0

Bu ölkə yalnız sıfır emissiya avtomobillərin satışına icazə veriləcək

Kanada hökuməti 2035-ci ilə qədər satılan minik avtomobillərinin və yüngül yük maşınlarının 100 faizinin sıfır emissiya olması tələbi hazırlayıb.

Son.az avtosfere istinadən bildirir ki, bu barədə Kanada hökumətinin saytında məlumat verilib.

Bildirilir ki, ölkə üzrə bütün istixana qazı tullantılarının ¼-i nəqliyyatın payına düşür.

Qoyulan hədəfə çatmaq üçün hökumət sıfır emissiya vasitələrinin ilkin xərclərini ödəməyə kömək etməyə, infrastruktura investisiya qoymağa və istehsalçılar ilə əməkdaşlığı planlaşdırırlar.