Tövbənin 3 tərkibi


Digərləri 01 İyl 2021 23:50:00 211 0

Tövbənin 3 tərkibi

Əxlaq alimlərinin nəzərinə görə, tövbə mürəkkəb tərkibə malikdir ki, onun tərkibində elm, hal və əməl durur.

Hər kim tövbəsində müvəffəq olmaq istəyirsə, gərək bu 3 şeyi nəzərə alsın. Yəni, əvvəl insan günahın çirkinliyini dərk etməlidir və sonra qəlbində peşmançılıq halı yaranmalıdır. Nəhayət, əməldə həmin günahı tərk etməlidir.

Tövbəyə başlamaq və ona müvəffəq olmaq - İlahi inayətdir. O zamana qədər Allah insana lütf etməsə, tövbə etmək mümkünsüz olar.

Əllamə Təbatəbai buyurur: "Bəndənin tövbəsi həsənədir. Həsənin gücə ehtiyacı vardır. Həsənini yerinə yetirmək gücünü Allah verir".

Yəni, əgər tövbəndə müvəffəq olmaq istəyirsənsə, bunun üçün Allahdan tövfiq istəməlisən. Əgər Allah tövfiq verərsə, insanın tövbəsi müvəffəq olar. Ona görə də insan əvvəl günahından peşman olmalı və sonra Allahdan tövbə tövfiqi istəməlidir. Əgər Allah tövfiq verərsə, bu zaman tövbəsi qəbul olunar. Qədr gecəsi bu tofiqatların verildiyi gecədir.